REGİONLAR
BİLƏSUVARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SƏRGİSİ KEÇİRİLMİŞDİR
Sərgidə 30-dan artıq mülkiyyətçi 40-a yaxın məhsulunu nümayiş etdirmişdir. Əkinçilərin, heyvandarların, quşabaxanların, arıçıların, emal müəssisələri işçilərinin məhsulları, habelə yeni kənd təsərrüfatı texnikası nümunələri maraqla qarşılanmışdır. Sahibkarlar fikir mübadiləsi aparıb, problemlərini birgə araşdırmışlar.
Tədbirin təşkilatçısı olan Biləsuvar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, sərgi ölkəmizin Prezidentinin sahibkarlarla keçirdiyi görüşdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ehtiyyat mənbələrinin müəyyən edilməsinə, təcrübə mübadiləsi aparılmasına imkan yaratmışdır. Sərgi iştirakçılarından 10 nəfəri mükafatlandırmış, onların üçü keçən ilin ən yaxşı heyvandarı, əkinçisi və mexanizatoru sayılaraq xüsusi diploma layiq görülmüşdür.
Sərgi iştirakçıları respublika Prezidentinə müraciət qəbul etmişlər.