REGİONLAR
BİLƏSUVARDA PAMBIQ ƏKİNLƏRİNİN BİRİNCİ BECƏRİLMƏSİ BAŞA ÇATDIRILMIŞDIR
Biləsuvarın torpaq sahibkarları 6000 hektar pambıq sahəsinin birinci becərməsini başa çatdırmışlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda keçən ilkinə nisbətən 1500 hektardan çox sahəyə çiyid səpilmişdir. Normal bitiş alınmış sahələrdə cərgəaralarına iki dəfə kultivasiya çəkilmiş, aqrotexniki normalar üzrə seyrəltmə işi aparılmaqla, hər hektarda 95-100 min sağlam bitki saxlanılmış, 100 hektar sahədə isə təkrar əkin keçirilmişdir. “Biləsuvar Pambıq” Açıq Səhmdar Cəmiyyətinin 18 traktoru müəssisənin sahibkarlarla bağladığı müqavilələrə uyğun olaraq, becərmə işlərinə cəlb olunmuşdur. Məqsəd cari ildə tarlaların hər hektarının məhsuldarlığını azı 25 sentnerə çatdırılmasına nail olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]