ELM VƏ TƏHSİL
“BİLİK GÜNÜ” MÜNASİBƏTİLƏ
“Kainat” Gənclik Mərkəzi 1 sentyabr - Bilik günü münasibətilə sosial müdafiəyə və sağlamlığının bərpasına ehtiyacı olan bir qrup azyaşlı məktəbliyə ənənəvi yardım aksiyasına qoşulmuşdur.
Mərkəzdən müxbirimizə bildirmişlər ki, əsasən internat məktəblərində və uşaq evlərində təlim-tərbiyə alan balacaları sevindirmək üçün xüsusi layihələr hazırlanmışdır.
“Ekson-Azərbaycan” Əməliyyat Şirkətinin dəstəyi ilə yaradılmış İşçi qrup Bakıdakı 268 nömrəli yardımçı məktəbdə geniş bədii proqram göstərəcək, məktəbli və dərs ləvazimatlarının paylanmasında, viktorina və oyunların keçirilməsində, mükafatların təqdim olunmasında iştirak edəcəkdir.
Bu məktəbdə təlim-tərbiyə alan uşaqların əksəriyyəti fiziki qüsurludur, əqli cəhətdən zəif inkişaf etmişdir. Buna baxmayaraq, təhsil ocağının yetirmələri parolimpiya oyunlarında, beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında yüksək nəticələr göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]