CƏMİYYƏT


BİL – “Birlik” İntellekt Liqasında final həyəcanı

Bakı, 4 dekabr, AZƏRTAC

Gənclərin və İnkişaf Karyera Mərkəzinin (GİKM) 46 nümayəndəliyində sinxron şəkildə keçirilən və 5 Dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” formatında BİL – “Birlik” İntellekt Liqası başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yeddi həftə davam edən liqada GİKM-in Mingəçevir nümayəndəliyindən ümumilikdə 6 komanda olmaqla 28 gənc iştirak edib.

İntellekt Liqasının final turunda qaliblər müəyyən olunub. Ağdaş nümayəndəliyinin "White stone", Qazax nümayəndəliyinin "Sarkazm" və Sumqayıt nümayəndəliyinin "Generation" komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.