İQTİSADİYYAT


“BIMS 2014” sərgisinin ziyarətçiləri “MAN” yük avtomobillərinin və “NEOPLAN” avtobuslarının yüksək icra göstəricilərini əyani surətdə görə biləcəklər

Bakı, 20 aprel (AZƏRTAC). “Improtex Trucks & Buses” Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin daimi iştirakçısıdır.

Mayın 15-də Bakıda keçiriləcək Beynəlxalq motor şou (“BİMS-2014”) sərgisində isə “Improtex Trucks & Buses” şirkətinin məqsədi öz imicini qoruyub saxlamaq, sifarişçi dairəsini daha da genişləndirmək, tərəfdaşları şirkətin yeni xidmət və imkanları ilə tanış etmək, ən əsası isə “MAN” markalı ağır texnikanın üstünlüklərini bir daha nümayiş etdirməkdir.

Bu sözləri “Improtex Trucks & Buses” və “Improtex Marine & Sport Facilities” şirkətlərində biznesin inkişafı üzrə direktor Kamran Ocaqverdiyev AZƏRTAC-a müsahibəsində demişdir.

“BİMS-2014” sərgisinin üstünlüklərindən danışan K.Ocaqverdiyev bildirmişdir ki, Almaniyanın “MAN Truck & Bus” konserni dünyada kommersiya tipli nəqliyyat vasitələrinin aparıcı istehsalçılarından biridir və Avropanın dörd ölkəsində, habelə Cənubi Afrika və Hindistanda istehsal meydançalarına malikdir. Şirkət tam kütləsi 7.49 – 44 ton olan yük avtomobillərindən tutmuş şəhər və turist avtobusları, eləcə də dizel və qaz mühərriklərinə qədər geniş çeşiddə məhsullar təklif edir. “MAN Truck & Bus” şirkəti “MAN” markalı yük avtomobilləri, “MAN” və “NEOPLAN” markalı avtobuslar, habelə dəniz nəqliyyatı, avtomobillər, xüsusi texnika və stasionar qurğular üçün mühərriklər istehsal edir.

“BIMS -2014” sərgisinin ziyarətçiləri “MAN” yük avtomobillərinin və “NEOPLAN” avtobuslarının yüksək icra göstəricilərini əyani surətdə görə biləcəklər. Bundan əlavə, stendimizin qonaqlarına “Improtex Trucks & Buses” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olduğu “Mitsubishi Fuso” konserninin aztonnajlı və kommersiya tipli yük avtomobilləri də nümayiş etdiriləcəkdir.

Biz inşaat və nəqliyyat şirkətlərinin, eləcə də öz fəaliyyətində aztonnajlı yük avtomobillərindən istifadə edən digər şirkətlərin nümayəndələrini və maraqlı şəxsləri öz stendimizdə görməkdən şad olarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.