ELM VƏ TƏHSİL
BİOMÜXTƏLİFLİYİN QORUNUB SAXLANILMASIHƏR BİRİMİZDƏN ASILIDIR
Buna baxmayaraq, biomüxtəliflik üçün təhlükə daim qalmaqdadır. Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu təhlükə əsasən, insan fəaliyyəti ilə bağlıdır. Kür çayının aşağı axını boyunca yerləşən Hacıqabul, Sarısu, Ağ göl, Mehman, Şilyan, Qarasu və başqa göllər tarixən bir sıra qiymətli balıq növlərinin çoxalma yeri olmuşdur. Kürün üzərində bir sıra bəndlər tikildikdən və digər cayların axını tənzimləndikdən sonra balıqların əsas kürüləmə yerləri məhdudlaşmış, təbii çoxalma miqyası azalmışdır. Digər tərəfdən, Kürətrafı göllərin su təchizatı xeyli pisləşmişdir, çoxsaylı hidrotexniki avadanlıqlar balıqqoruyucu qurğular quraşdırılmadan istifadə olunur.
Bioloji müxtəlifliyin qorunmasında pestisidlərdən düzgün istifadə böyük rol oynayır. Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Dövlət komissiyasında qeydiyyatdan keçmiş 100 pestisidin istifadəsinə icazə verilir. Lakin bəzi hallarda nəzarətdən keçməyən və istifadəsi qadağan olunmuş pestisidlər müxtəlif yollarla respublikaya daxil olur və tətbiq edilir.
Respublikada biomüxtəlifliyin mühafizəsi üçün kifayət qədər hüquqi baza vardır. Son illərdə Milli Məclis ətraf mühitin mühafizəsini tənzimləyən 20-dən çox qanun qəbul etmişdir. BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasına uyğun olaraq, ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Dövlət komissiyası yaradılmışdır. Bu il təsdiq edilmiş “Dayanıqlı sosial-iqtisadi inkişaf” və “Meşələrin bərpa edilməsi və artırılması” milli proqramları da bioloji müxtəlifliyin qorunmasında böyük imkanlar yaradır. Bundan əlavə, respublikada fəaliyyət göstərən 400-ə yaxın qeyri-hökumət təşkilatından 60-ı ekoloji yönümlüdür.