İQTİSADİYYAT
BİRBAŞA SƏRMAYƏLƏRİN HƏCMİ ARTIR
Bu ilin 9 ayında Azərbaycana sərmayə qoyuluşu ötən ilin müvafiq dövrünə nisbətən 5 trilyon manat, yaxud 70,9 faiz artmışdır. Bu, ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu bir daha göstərir.
Milli Bankdan bildirmişlər ki, 2003-cü ilin 9 ayında Azərbaycana bütün mənbələr üzrə 12,1 trilyon manat sərmayə qoyulmuşdur. Həmin məbləğin 10,6 trilyon manatı və ya 87,9 faizi özəl sektorun payına düşür. Sərmayələrin 8,9 trilyon manatını xarici, 2,3 trilyon manatını isə yerli vəsait təşkil edir. Azərbaycan bu göstəricilərə görə MDB ölkələri arasında xeyli irəlidədir.
Respubilkamıza qoyulan birbaşa sərmayələrin həcmi son 8 ildə Belarus, Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan kimi 8 ölkəyə cəlb edilən birbaşa sərmayələrin həcminə bərabərdir.