BİRGƏ ƏMƏLİYYAT NƏTİCƏSİNDƏ 5 AVROPA ÖLKƏSİNDƏ TÜRKİYƏ SOLÇU QRUPLAŞMASININ 41 ÜZVÜ HƏBS EDİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC-ın Anadolu Agentliyindən aldığı xəbərə görə, aprelin 1-də səhər Türkiyə Baş Təhlükəsizlik İdarəsi (BTİ) İtaliya, Almaniya, Belçika və Niderlandın polis orqanlarının əməkdaşları ilə eyni zamanda birgə əməliyyat aparmış və nəticədə Türkiyədə qadağan olunmuş solçu Xalq İnqilabi Azadlıq Partiyasının – Cəbhənin (XİAP-C) 41 üzvü həbs edilmişdir.
Terrorçu təşkilatın 25 üzvü Türkiyədə, 16-sı isə həmin ölkələrdə yaxalanmışdır. Bir il ərzində hazırlanan bu əməliyyatın birinci mərhələsində Türkiyənin xüsusi xidmət orqanları Almaniya federal polisinin rəhbərliyi ilə əlaqə saxlamış və onlara XİAR-C üzvlərinin ölkənin hansı ərazisində olduğu barədə məlumat vermişlər. Sonra BTİ ilə əməkdaşlığa İtaliya, Belçika və Niderlandın polis orqanları qoşulmuşlar.
Xəbərin mətnində orfoqrafik səhv var