İQTİSADİYYAT
BİRİNCİ RÜBDƏ İLLİK PROQNOZUN 41 FAİZİ YERİNƏ YETİRİLMİŞDİR
“Azərsutikinti” Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, SC-nin kollektivi ötən üç ayda öz gücü hesabına 2 milyon 479 min 209 manatlıq (AZN) podrat işləri yerinə yetirmişdir ki, bu da illik proqnozun 41 faizini təşkil edir.
Cəmiyyətin inşaatçıları həmin dövrdə “Baş Mil-Muğan Kollektorunun tamamlanması, Paket 2”, “Samur-Abşeron kanalı. Təsərrüfatlararası kanalların və SAK-ın sudurulducusunun yenidən qurulması, Paket 2”, “Xanarx kanalının tikintisi” kimi iqtisadi baxımdan böyük əhəmiyyət daşıyan obyektlərdə çalışmışlar.
SC-nin həmin sahələrdə çalışan “Muğansutikinti” və “Samur-Abşeronsutikinti” törəmə müəssisələri tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün mütərəqqi iş üsullarından səmərəli istifadə edirlər.