RƏSMİ SƏNƏDLƏR


BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN VİTSE-PREZİDENTİ,BAŞ NAZİRİ, DUBAY ƏMİRLİYİNİN HÖKMDARI ZATİ-ALİLƏRİ CƏNAB ŞEYX MƏKTUM BİN RƏŞİD AL MƏKTUMA

Hörmətli cənab Baş nazir,

Oğlunuz Şeyx Rəşid bin Məktum Al Məktumun avtomobil qəzası nəticəsində həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

25 fevral 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin