Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ TƏHLÜKƏSİZLİK ŞURASININ 1368 NÖMRƏLİ 2001-Cİ İL 12 SENTYABR TARİXLİ, 1373 NÖMRƏLİ 2001-Cİ İL 28 SENTYABR TARİXLİ VƏ 1377 NÖMRƏLİ 2001-Cİ İL 12 NOYABR TARİXLİ QƏTNAMƏLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNİN TƏMİN EDİLMƏSİNƏ DAİR TƏDBİRLƏR PLANI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi ilə əlaqədar qərara alıram:

1.“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində öz səlahiyyətləri hüdudlarında bu Sərəncamdan irəli gələn məsələləri həll etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin