SİYASƏT
BİŞKEKDƏ KONFRANS KEÇİRİLƏCƏKDİR
Aprelin 9-dan 11-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində yeni yaradılmış ombudsman təsisatlarının nümayəndələri üçün konfrans keçiriləcəkdir.
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova konfransda iştirak etmək üçün Bişkekə yola düşmüşdür.
Bu mühüm tədbirə Şərqi Avropa, MDB ölkələri və Kanadanın da ombudsmanları qatılacaqlar. Onlar təsisatın fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparacaq, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsini öyrənəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:21]
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
- 25.04.2024 [16:35]