Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BİZ AVROPA ŞURASININ SOV.İKP MK-YA ÇEVRİLMƏSİNİ İSTƏMİRİK

Jurnalistimiz Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevlə görüşmüşdür. Terri Devis də onun dəvəti ilə Azərbaycanda olmuşdur. İlham Əliyev Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinə başçılıq edir. 

- Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin qarşısında nə kimi vəzifələr durur?

- Ölkəmiz haqqında, qarşılaşdığımız problemlər haqqında məlumat vermək. Başlıca vəzifələrimizdən biri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə həqiqəti AŞPA deputatlarına çatdırmaqdır ki, Avropa Şurası bu məsələyə öz siyasi münasibətini bildirsin.

Biz çox şadıq ki, indiyədək qəbul olunmuş ayrı-ayrı sənədlərdə bu münaqişənin əsas məqamları, o cümlədən Ermənistanın ərazimizi işğal etdiyi, bunun nəticəsində bir milyon insanın qaçqın-köçkünə çevrilməsi öz əksini tapmışdır. Böyük Britaniyadan olan çox nüfuzlu deputat Terri Devis bizim təşəbbüsümüzlə məruzəçi təyin edilmişdir. Biz bu fikirdəyik ki, Avropa Şurası bu münaqişəyə qəti və dəqiq siyasi qiymət verməli, Ermənistanın təcavüzünü pisləməli və ərazimizin 20 faizini zəbt etmiş erməni silahlı qüvvələrini işğala son qoymağa və Ermənistanı beynəlxalq hüquq normaları çərçivəsində davranmağa məcbur etməlidir. AŞPA-dakı nümayəndə heyətimizin əsas vəzifələri budur.

- Siz münaqişənin real həllini necə təsəvvür edirsiniz?

- Onun həlli beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Heç kimə sirr deyil ki, Ermənistan qoşunları Dağlıq Qarabağı və onun hüdudlarından kənardakı yeddi rayonu işğal etmişlər. Ona görə də münaqişənin həlli ancaq Azərbaycanın ərazi bütövlüyünün saxlanması şərtilə işğala son qoyulmasından ibarət ola bilər. Başqa bir yol qeyri-məqbuldur.

- Ukraynanın AŞPA-dakı nümayəndə heyəti ilə münasibətləriniz necədir? Hər hansı ümumi məsələlərdə bir-birinizə kömək edirsinizmi?

- Bəli, biz bir-birimizə kömək edirik. Ukrayna nümayəndə heyətinin bir çox üzvləri ilə, onun rəhbəri cənab Oleyniklə dostluq münasibətlərimiz var. Biz həm yaradıcı adam kimi, həm də bir deputat kimi Boris İliçi çox sevir və ona dərin hörmət bəsləyirik. Nümayəndə heyətlərimiz bir çox məsələlərdə, xüsusən də bu məsələlər bizim və ya Ukraynanın mənafeyinə toxunduqda birlikdə çıxış edir, həmrəyliklə səs veririk.

- Siz əcnəbi ekspertlərin keçmiş İttifaq ölkələrində vəziyyətə verdikləri qiymətə necə baxırsınız? Onlar bizim xüsusiyyətlərimizi nə dərəcədə başa düşür və nəzərə alırlar?

- Zənnimcə, heç də tam yox. Siyasi sistemin dəyişməsi və müstəqilliyə cəmi bir neçə il bundan əvvəl qovuşmağımızla əlaqədar ölkələrimizin məruz qaldıqları çətinlikləri tam başa düşmürlər. Ölkələrimizə və bizdə gedən proseslərə bu cür çətinlikləri görməmiş dövlətlərin meyarı ilə yanaşmaq olmaz.

Əcnəbi ekspertlər bizə qarşı irəli sürdükləri meyarların bəzən yüksək olduğunu çətin başa düşürlər. Hər şeyin öz vaxtı var. Başlıcası budur ki, biz cəmiyyətin demokratikləşdirilməsi yolu ilə gedirik. İqtisadi, siyasi islahatlar, seçki sistemlərinin islahatları aparılır. Biz bu təşkilatlara şüurlu surətdə daxil olmuşuq. İstəyirik ki, ən yaxşı cəhətləri götürək və özümüzdə tətbiq edək. Amma bu o demək deyil ki, hansısa göstərişlərə və kimlərinsə buyuruqlarına kor-koranə əməl etmək lazımdır.

Biz Sovet İttifaqında “kiçik qardaşlar” olarkən belə göstəriş və təlimatları çox görmüşük. Daha bəsdir. Ona görə də biz Avropa Şurasının keçmiş Sov.İKP MK-ya çevrilməsini istəmirik. Əlbəttə ki, bu iki il yarımda (Azərbaycanın Avropa Şurasına qəbul olunduğu vaxtdan bəri – red.) çox şey öyrənmişik. Bizdə ölüm hökmü ləğv olunub, qanunvericiliyimiz təkmilləşdirilibdir. Amma Azərbaycan da Azərbaycandır, sadəcə olaraq, elə-belə bir qurum deyildir. Onun öz tarixi, çox zəngin ənənələri, mədəniyyəti, milli xüsusiyyətləri var. Uzun əsrlər ərzində, necə deyərlər, qeyri-müstəqillik şəraitində yaşamağımıza baxmayaraq, xalqımız bunların hamısını qoruyub saxlamışdır. Biz öz mövqeyimizi, öz hüquqlarımızı, öz suverenliyimizi qoruyuruq və qoruyacağıq. Bəzən münaqişələr və anlaşılmazlıq da, bax, buna görə yaranır.

- Siz Allaha inanırsınızmı?

- Bəli.

- Bəs siyasətdə dini prinsipləri nə dərəcədə əsas tutursunuz?

- Siyasətdə ancaq siyasəti əsas tuturam. Hesab edirəm ki, siyasət sözlərə deyil, şüarlara deyil, məhz real işlərə əsaslanmalıdır. Mən yaradıcı siyasətçilərə hörmət bəsləyirəm. Ona görə də siyasətdə, ilk növbədə, praqmatizmi qəbul edirəm, yəni gördüyün iş xalqın mənafeyinə və səni istər deputat, istərsə də hər hansı bir vəzifəyə seçmiş adamların mənafelərinə cavab versin. Hesab edirəm ki, əməli iş siyasəti yeganə düzgün siyasətdir, qalan hamısı qeyri-ciddi şeylərdir.

- Siz Ukrayna siyasətçilərindən kimləri əməli iş siyasətçisi adlandıra bilərsiniz?

- İlk növbədə, Prezident cənab Kuçmanı. Ukrayna çoxsaylı əhalisi, böyük ehtiyatları, çox ynksək insan potensialı olan ölkədir. Belə ölkəni idarə etmək asan deyildir. Onun buna uğurla müvəffəq olması bizdə rəğbət və hörmət hissləri doğurur. Cənab Kuçma dəfələrlə Azərbaycanda olub, prezidentlərimiz arasında səmimi dostluq münasibətləri var. Ölkələrimiz arasında münasibətlərin inkişafına çox böyük töhfəsinə görə qəzetiniz vasitəsilə ona təşəkkür etmək istəyirəm.

- Siz ARDNŞ-in birinci vitse-prezidentisiniz. Azərbaycana İttifaqın dövründən qalmış ekoloji problemlər neft yataqlarının işlənilməsinə və hasilata necə təsir göstərmişdir?

- İndi yataqların işlənilməsi ən ciddi ekoloji meyarlara əməl olunmaqla aparılır. Meksika körfəzində tətbiq olunan standartlardan istifadə edilir. Ona görə də yeni neft layihələri ekologiya baxımından tamamilə qorunmuşdur. Biz köhnədən qalmış kədərli yükdən qurtarmaq üçün fəal çalışmalıyıq. Amma, təəssüf ki, sovet dövründə yataqlardan təsərrüfatsızcasına istifadə edilməsi nəticəsində çirklənmiş nə varsa, hamısının tamamilə təmizlənməsi ilə məşğul olmaq üçün hökumətin hələlik kifayət qədər vəsaiti yoxdur. Ümumiyyətlə, o dövrdə ekologiya deyilən anlayış belə yox idi.

Əminəm ki, gələcəkdə neft sənayemiz ətraf mühiti çirkləndirməyəcəkdir, çünki yeni, müasir texnologiyalar tətbiq edilir, təbiətin mühafizəsinə çox böyük diqqət yetirilir.

- Neftin Ukrayna ərazisi ilə nəql edilməsi perspektivi Azərbaycan üçün nə dərəcədə maraqlıdır?

- Biz bu məsələni dəfələrlə müzakirə etmişik, enerji ehtiyatlarımızın Ukrayna ərazisi vasitəsilə nəqli məsələsinə dair ukraynalı həmkarlarımızla görüşlər keçirmişik. Çox yaxşı fikirlər, necə deyərlər, ilkin niyyətlər var. Zənnimcə, bu, tamamilə realdır. Biz ixrac imkanlarının çoxvariantlı olmasında maraqlıyıq. Azərbaycan dünya bazarına birbaşa çıxışı olmayan hasilatçı ölkələrdəndir. Ona görə də bizim tranzit ölkələrə ehtiyacımız var və istəyirik ki, onlar Azərbaycana Ukrayna kimi dost ölkələr olsunlar. İki boru kəmərinin artıq işlədiyini, üçüncüsünün isə tikildiyini nəzərə alaraq, bu qənaətdəyik ki, daha bir bazara çıxmaqdan ötrü, habelə neftimizin Avropaya çatdırılmasında daha bir təhlükəsiz yola malik olmağımız üçün Odessa-Brodı xəttindən istifadə etmək bizə sərfəli olardı.

-Siz heç Ukraynada, Kiyevdə olmusunuzmu?

- Ukraynada olmuşam, amma təkcə Krımda, o da ki, lap çoxdan: axırıncı dəfə təxminən iyirmi il əvvəl. Təəssüf ki, Kiyevdə bir dəfə də olmamışam, eyb etməz, səhvimi düzəldərəm. Ukraynada çoxlu tanışım var, dəfələrlə dəvət ediblər, elə hey hazırlaşıram ki, gedim. Odessa-Brodı marşrutu ilə səfərə çıxmaq, hər şeyi əyani şəkildə görmək ideyası var. Bir var, xəritədə görəsən, bir də var, həyatda.

- Siz Azərbaycanla Ukrayna arasında əməkdaşlığın daha hansı sahələrini perspektivli sayırsınız?

- Mən bilən, çox yaxşı iqtisadi münasibətlər var, həm kənd təsərrüfatı məhsulları, həm də avadanlıq göndərilməsi üzrə. Ukrayna avadanlığından Azərbaycanda müxtəlif infrastruktur obyektlərinin tikintisində istifadə edilir. Ona görə də iqtisadi sahədə perspektivlərimiz yaxşıdır. Azərbaycanda əsas istehsal vasitələri özəlləşdirilmə mərhələsindədir. Odur ki, ilk öncə iş adamları, biznesmenlər əməkdaşlıq etməlidirlər. O ki qaldı hökumətlərə, aramızda çox dərin qarşılıqlı anlaşma var, biz GUÖAM-ın üzvüyük.

- MDB ərazisində azad ticarət zonası yaradılmasına münasibətiniz?

- Bu, ilk baxışdan, cəlbedicidir. Amma gərək mütəxəssislər araşdırsınlar. Baxmaq lazımdır ki, bu, praktikada nə demək olacaqdır. Məsələn, bu gün GUÖAM daha çox siyasi təşkilatdır. Bis isə istərdik ki, onun fəaliyyəti iqtisadi məzmunla dolğunlaşsın. Bu, iqtisadi inteqrasiyanın cəhətlərindən biridir.

- Sərmayələrin cəlb edilməsində Azərbaycanın uğurlarının sirri nədədir?

- Nail ola bildiyimiz başlıca məsələ xarici sərmayələrin qorunmasıdır. Bizdə hər bir neft müqaviləsi (onlar artıq iyirmidən çoxdur) parlamentdə ratifikasiya edilir, qanuna çevrilir və birtərəfli qaydada dəyişdirilə bilməz. Axı, sərmayəçi pul qoymazdan öncə, etibarlı müdafiə olunduğunu hiss etməlidir. Azərbaycanın bu qədər çox sərmayə cəlb etməyə müvəffəq olmasının başlıca səbəblərindən biri məhz budur – biz keçmiş İttifaq ölkələri arasında bu sahədə liderik.

- Siz Azərbaycanın gələcəyini necə görürsünüz?

- Mən Azərbaycanı mütərəqqi, iqtisadi cəhətdən güclü demokratik dövlət kimi görürəm. Bundan ötrü bizdə hər cür şərait var. Qaz kəmərləri, neft kəmərləri bir məqsədə - ölkənin iqtisadi potensialının möhkəmlənməsinə xidmət edir. İstəyirik ki, hər bir vətəndaşın normal işi, normal əmək haqqı olsun. Məsələn, biz neft sahəsində buna nail olmuşuq, orada əmək haqqı çox yüksəkdir. Qərb firmalarında işləyənlər 1000 dollar və daha çox əmək haqqı alırlar. Əlbəttə, hələ problemlər çoxdur, heç də hamı firavan yaşamır. Yəqin, hamı istəyir ki, onun ölkəsində hər şey yaxşı olsun. İşğal edilmiş torpaqlarımızı qaytaraq, qaçqınlar öz yerlərinə qayıtsınlar.

- ABŞ-ın keçmiş sovet respublikalarının ərazilərində olması Azərbaycana necə təsir edə bilər?

- ABŞ, onsuz da regiondadır. Çox yaxında – Türkiyədə, hərbi bazalardadır. ABŞ-ın regionda olması təzə bir xəbər deyil və düşünürəm ki, fövqəladə bir şey baş verməyəcəkdir.

- İraqda vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan öz mövqeyini birincilər sırasında açıqladı, bilirəm ki, Ukrayna da açıqlamışdır. Günahsız insanların iztirabları böyük ağrı hissləri doğurur. Təəssüf ki, müharibə qurbanlarsız olmur.

- Siz ingiliscə gözəl danışırsınız. Bu dili harada və necə öyrənmisiniz?

- Mən ingilis dilini Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda öyrənmişəm. Sonra isə çox mütaliə etmişəm.

- Azərbaycanda gələcək diplomatların, məmurların xaricdə təhsil alması təcrübəsi yayılıbmı?

- Son vaxtlar çoxlu tələbəmiz Qərb ölkələrinə oxumağa gedir. Əvvəllər qonşu respublikalara, o cümlədən Rusiyaya, Ukraynaya gedirdilər. İndi isə təhsil almaq üçün Avropaya gedirlər. Bu, müsbət prosesdir, çünki başqa ölkələrin dilini də, mədəniyyətini də bilmək gələcəkdə kara gələcəkdir.

- Xaricdə olarkən ən çox kimin üçün darıxırsınız?

- Əlbəttə ki, uşaqlarım üçün. Ailəm üçün. Xaricə tez-tez getmək lazım gəlir, xüsusən də son vaxtlar: indi AŞPA-nın iclasları çərçivəsində mən assambleyanın Bürosunda da iştirak etməliyəm. Bu, adamı adi həyatdan ayırır. Darıxıram, çalışıram ki, səfərlər mümkün qədər qısa olsun. Hesab edirəm ki, ailə insanın başlıca sərvətidir. Çünki ailəsiz, ailə ocağının istisi olmayan həyat bir həyat deyildir!

- Siz ailənizi özünüzlə aparmağa heç cəhd göstərmisinizmi?

- Çox az hallarda. Bir-iki dəfə. Bunu etmək çətindir – mən həmişə səfərdə oluram, ailəm isə kiçik deyil: üç övladım, həyat yoldaşım var.

- Hansı musiqini dinləyirsiniz? Nə oxuyursunuz?

Mən xalq musiqisini, bizim Azərbaycan musiqisini dinləməyi sevirəm. Təəssüf ki, son vaxtlar ancaq qəzetləri oxuyuram.

- Məzuniyyətə çıxmaq mümkün olduqda, harada istirahət edirsiniz?

- Məzuniyyətimi əsasən Azərbaycanda keçirirəm. Adətən, insanlar soyuq ölkələrdən isti dəniz olan yerlərə gedirlər. Biz isə dənizin sahilində yaşayırıq. İş otağımın pəncərəsindən dəniz görünür – dəniz yüz metrliyimizdədir. Haraya gedəcəyəm? Mən Xəzərin sahilində, Bakıda istirahət edirəm. Özümüzdə belə gözəl şəraiti qoyub, başqa yerə getməyin nə mənası.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuş, oranın aspiranturasını bitirmişdir. 1985-ci ildə tarix və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi almışdır. Beş il bu institutda dərs deyib, sonra kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 1994-cü ilin mayından İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentidir. Azərbaycan Respublikası parlamentinin deputatıdır. 1999-cu ilin dekabrında Yeni Azərbaycan Partiyası (iqtidar partiyasıdır) sədrinin müavini, 2001-ci ildə isə birinci müavini seçilmişdir. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başçısı, AŞPA sədrinin müavinidir.

Azərbaycan, rus, ingilis və fransız dillərini mükəmməl bilir. İki qızı və bir oğlu var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir