SİYASƏT
BİZ DÖVLƏTİMİZİN BAŞÇISININ ŞÜCAƏTİNİN, QƏTİYYƏTİNİN, FƏDAKARLIĞININ CANLI ŞAHİDLƏRİYİK AZƏRBAYCANIN BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN VETERANLARININ AZƏRTAC-A GÖNDƏRDİKLƏRİ BƏYANATDA BELƏ DEYİLİR
Hörmətli Prezidentimiz Heydər Əliyevin Türkiyədə müayinəsi ilə əlaqədar yalan, böhtan dolu xəbərlər dərc edən “Yeni musavat”, “Azadlıq”, “Hürriyyət” və müxalifətin himayəsində olan bu tipli qəzetlərə, belə cızmaqaralara rəvac verənlərə üzümüzü tutub deyirik: Arzunuz gözünüzdə qalacaq, məramınız puç olacaq. Siz bir daha xalqı aldada bilməyəcəksiniz!
Biz, idman veteranları ümidvarıq ki, müdrik xalqımız növbəti prezident seçkilərində də dağıdıcı müxalifətə “yox”, möhtərəm Prezidentimiz Heydər Əliyevin namizədliyinə “H.Ə.” deyəcəkdir.
Biz Azərbaycanın müvafiq orqanlarından tələb edirik ki, ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən, xalqımızı çaşdıran mətbuat orqanları barəsində qanunlar çərçivəsində tədbirlər görsün, hətta yollarını azanları, hədyan-böhtan yazanları çəzalandırsınlar.
Biz, idman veteranları ölkəmizin Prezidenti Heydər Əliyevin daxili və xarici siyasətini dəstəklədiyimizi bir daha bəyan edirik.
Əbdül Sadıqov- İdman Veteranları İttifaqının sədri
Sabir Hüseynov- SSRİ idman ustası, dəfələrlə ölkə çempionu
Zeynəb Rzayeva- Böyük Vətən müharibəsi iştirakçısı, əməkdar idman xadimi
Tofiq Abbasov- Böyük Vətən müharibəsi iştirakçısı, SSRİ-nin əməkdar məşqçisi
Boris Kapiani-SSRİ idman ustası, boks üzrə beynəlxalq dərəcəli hakim
Ələkbər Məmmədov- futbol üzrə 4 dəfə SSRİ çempionu, ADNA-nın professoru
Arif Ələkbərov- SSRİ idman ustası, sambo üzrə beynəlxalq dərəcəli hakim
Adil Cəfəroğlu- SSRİ idman ustası, veteranlardan ibarət respublika yığma komandasının baş məşqçisi
Üzeyir Abdullayev- dama oyunu üzrə dünya çempionatının qalibi, 33 dəfə ölkə çempionu
Ziba Ələsgərova- əməkdar idman ustası, yüngül atletika üzrə dünya rekordçusu
Ələddin Şabanov- SSRİ idman ustası, respublika Velosiped Federasiyasının vitse-prezidenti
Lyudmila Şubina- SSRİ əməkdar idman ustası, Olimpiya çempionu
Alkivaad Pavlidi- SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi
Ehsan Kərimov – SSRİ-nin əməkdar məşqçisi, güləş üzrə beynəlxalq dərəcəli hakim
Sara Sultanova – SSRİ idman ustası, stolüstü tennis üzrə respublika dərəcəli hakim
Camal Yaqubov – SSRİ idman ustası, “Maarif əlaçısı”
Rəşid Əliyev – SSRİ idman ustası, ATU-nun professoru