MƏDƏNİYYƏT


BMA-da Ulu Öndərin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib

Bakı, 11 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Opera studiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx göstərilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri rəqs nömrələri təqdim ediblər.

Konsert çərçivəsində Ü.Hacıbəyli, A.Skryabin, N.Əliverdibəyov, V.Azaraşvili və M.Maqomayevin əsərləri səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.