MƏDƏNİYYƏT


BMA-da növbəti beynəlxalq konfrans - Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu

Bakı, 2 dekabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda ikinci beynəlxalq elmi-praktiki konfrans keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudovanın, həmçinin Azərbaycan Ənənəvi musiqisi və Müasir texnologiyalar kafedrasının müdiri Tariyel Məmmədovun təşəbbüsü ilə təşkil olunan konfransda Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli elmi müşavirəni açıq elan edərək iştirakçılara uğur arzulayıb.

Moskva Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru, musiqişünas Konstantin Zenkin konfransda iştirakından məmnun olduğunu bildirərək, Üzeyir Hacıbəyli ənənələrinin çağdaş zamanda qorunub saxlanılmasının sevindirici hal olduğunu bildirib. O, paytaxt Bakını Şərqdə elm, yaradıcılıq mərkəzi kimi qiymətləndirib.

BMA-nın tədris işləri üzrə prorektor, Əməkdar müəllim Nərminə Quliyeva Beynəlxalq Elmi-praktiki konfrans çərçivəsində tarixçi alim Teymur Atayevin rus dilində nəşr edilmiş "Последние сочинения Димитрия Шостаковича: осмысление жизненного пути" (Dimitri Şostakoviçin son bəstələri: həyat yolunu dərk etmək) adlı kitabını iştirakçılara təqdim edib.

Həmçinin musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova və dosent İnna Pazıçeva görkəmli bəstəkar D.Şostakoviçin yaradıcılığı haqqında məlumat verərək, onun zəngin musiqi ideyası ilə mədəniyyət tarixinə verdiyi töhfələrdən bəhs ediblər.

Digər professorlar və tədqiqatçılar tarixçi alim Teymur Atayevə kitabın ərsəyə gəlməsində əməyinə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin tələbələri dahi bəstəkar Dimitri Şostakoviçin simli kvartet üçün "Zarafat" əsərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.