İQTİSADİYYAT


BMDTT-in 22-ci Baş Assambleyasının açılış mərasimi və Davamlı Turizm mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) 22-ci Baş Assambleyasının açılış mərasimi və Davamlı Turizm mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Çinin Milli Turizm Administrasiyasının sədri Li Sinzao və BMDTT-in baş katibi Taleb Rifai çıxış edərək Assambleyanı açıq elan ediblər.

Sonra Turizm və Davamlı inkişaf məqsədləri mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib.

CNN İnternational telekanalının müxbiri Riçard Kuestin moderatorluğu ilə keçirilən forumda BMDTT-in baş katibi Taleb Rifai, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMDTT-nin İcraiyyə Şurasının sədri Əbülfəs Qarayev, Misir, Mərakeş, Kolumbiya, Gürcüstan, Filippin, İsveçrənin turizm sahəsinə cavabdeh olan nazir və komitə rəhbərləri, Turizm Etikası üzrə Dünya komitəsinin rəhbəri çıxış ediblər.

Nazir Əbülfəs Qarayev çıxışında ölkəmizdə həyata keçirilən turizm layihələri barəsində ətraflı məlumat verib.

Çıxış edənlər yaxın gələcəkdə davamlı inkişaf məqsədlərinə çatmaq üçün cəmiyyətin bütün üzvlərinin birlikdə əməkdaşlıq etmələrinin, habelə turizm sahəsinin inkişafı üçün dövlət orqanlarının özəl sektorla sıx əməkdaşlıq qurmalarının vacibliyini qeyd ediblər.

Daha sonra Baş Assambleyanın birinci sessiyasında çıxış edən Ə.Qarayev İcraiyyə Şurasının 2017-ci il üzrə hesabatını və 106-cı iclasın nəticələrini üzv ölkələrin diqqətinə çatdırıb.

Bununla yanaşı, tədbir çərçivəsində Baş Assambleyanın şərəfinə təşkil edilən ağac əkmə mərasimində nazir Əbülfəs Qarayev də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.