Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“BMS Aqro”nun brend məhsulları: keçi südü, keçi pendiri, keçi yağı... VİDEO

KETCHI markalı məhsullar “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna daxil edilib 

Ağcabədi, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Son vaxtlar mağazalarda KETCHI markalı brend məhsullar - keçi südündən hazırlanmış pendir, şor, yağ görünməyə başlayıb. İstehlakçılarda maraq oyadan bu nadir məhsullar “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanda ilk böyük damazlıq keçi və qoyun təsərrüfatında istehsal olunur.

Ağcabədi rayonunun Cəfərbəyli kəndində yaradılan təsərrüfata Hollandiya və Fransadan 3500 baş keçi, həmçinin 1000 başa yaxın qoyun gətirilib. “Saanen” və “Alpin” cinslərindən olan keçilər, “Asaf” və “Şarole” cinsli qoyunlar məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malikdir. Təsərrüfatın KETCHI markası ilə satışa çıxardığı keçi südü, keçi şoru, keçi pendiri, Qarabağ motal pendiri və keçi yağı kimi brend məhsullar “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna da daxil edilib.

AZƏRTAC-ın müxbiri təsərrüfatda olub və “BMS Aqro” MMC-nin təsisçisi Mülhazi Balakişiyevdən müsahibə alıb.

- Siz Azərbaycanda yeganə böyük damazlıq keçi və qoyun təsərrüfatının sahibisiniz. Bu ideya necə yarandı?

- Avropa ölkələrində olarkən körpələrin və xəstə insanların keçi südü və süd məhsullarından çox istifadə etməsi diqqətimi cəlb etdi. Bununla maraqlanmağa başladım. Gördüm ki, bazarda bu məhsullara böyük tələbat var. Çox yerdə inək pendiri oxşar olsa da, keçi və qoyun pendiri fərqlənir. Qərara aldıq ki, biz də Azərbaycan keçi pendiri istehsal edib dünya bazarına çıxaraq. Qarabağ keçi motal pendirini Azərbaycan brendi kimi xaricə ixrac etməklə, bu nemətin bizə məxsus olduğunu dünyaya göstərək.

- Qoyun və keçini ilk vaxtlar xaricdən alırdınız. Çəkilən xərc özünü nə dərəcədə doğruldur?

- Əvvəlcə qeyd edim ki, təsərrüfatı yaradarkən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etmişik. Keçi və qoyunları isə “Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə almışıq. İki ildir bazardayıq. İlk vaxtlar məhsul istehsalına çəkilən xərcləri çətinliklə çıxarırdıq. Hazırda bu sahədə işlər yoluna düşür.

- Həm damazlıq heyvan yetişdirir, həm də süd istehsalı və emalı ilə məşğul olursunuz. Yəqin ki, bu uğurun əsasında bir amil – biznesin düzgün qurulması, təsərrüfatçılıq səriştəsi dayanır.

- Hər bir biznes düzgün idarəçilik tələb edir. Sahibkarlıqla məşğul olmaq və uğur qazanmaq üçün sadəcə olaraq real ideya, layihə lazımdır. İş adamının uğurunun bir düsturu var – niyyətini təmiz et, işinin üstündə ol! Son illər ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət var. Prezident bununla bağlı ciddi tapşırıqlar verib, sahibkarları himayəyə götürüb. Yerli icra hakimiyyəti böyük məmnuniyyətlə torpaq sahəsi ayırır, iş qurmağa lazımi şərait yaradır. Sahibkarlığa Kömək Milli Fondu güzəştli kredit ayırır, “Aqrolizinq” ASC avadanlıq, texnika və heyvanlarla təmin edir. Sahibkara yalnız işi düzgün təşkil etmək qalır.

- İşə başladığınız ilk vaxtları necə xatırlayırsınız? Bürokratik əngəlləri, əsassız yoxlamaları nəzərdə tuturuq.

- Təbii ki, ilk vaxtlar biz də müəyyən problemlərlə üzləşmişik. Xüsusilə əsassız, vaxt aparan yoxlamalar bizi çox yorurdu. Məhsul üçün sertifikatları çətinliklə alırdıq. Süründürməçilik, maneələr olurdu. İndi isə bütün bu problemlər aradan qalxıb. Biz bunu alqışlayırıq. Çalışırıq ki, yaradılan bu şərait müqabilində sosial-iqtisadi inkişafa öz töhfəmizi verək. Bu həssas məqamda məhsulların qiymətini mümkün qədər sabit saxlayaq, bacardıqca yeni iş yerləri açaq. Hörmətli Prezidentimizə və dövlətimizə dəstək olaq.

- Söz düşmüşkən, Prezident İlham Əliyev özəl sektorun qarşısında yaşıl işıq yandırıb, iş adamlarına maneçilik törədən məmurlara ciddi xəbərdarlıq edib. Bu istiqamətdə əsaslı islahatlar aparılır. Bir sahibkar kimi yaranmış yeni şəraitdən necə bəhrələnirsiniz?

- Bu gün ölkəmizdə özəl sektora yüksək dövlət dəstəyi göstərilir. Bir çox prosedurlar sadələşdirilib, iş adamları vergidən azad edilib, əsassız yoxlamalar, bürokratik əngəllər aradan qaldırılıb. Sahibkarlara fəaliyyətlərini, bizneslərini daha da inkişaf etdirmək üçün gözəl imkanlar yaradılıb. Biz də yaranmış imkandan istifadə edərək, 10 ildir fəaliyyəti dayanmış yun emalı fabrikini işə saldıq. Bu, regionda önəmli hadisə kimi qarşılandı. İstehsal gücü sutkada 14 ton, ildə isə 5 min tona yaxın olan fabrikdə 30 nəfər işlə təmin edilib. Fabrik tam gücü ilə fəaliyyət göstərəndə işçilərin sayı 75-ə çatdırılacaq. Damazlıq qoyunçuluq təsərrüfatımız buna əlverişli şərait yaradır. Bizim qoyunların yunu xalçaçılıq sənayesi üçün əvəzsizdir. İnanıram ki, Azərbaycan yaxın zamanlarda dünya bazarına yun da çıxara biləcək.

- Doğrudan da müasir, modern bir təsərrüfat yaratmısınız. Ən qabaqcıl texnologiyalar tətbiq edir, xaricdən cins heyvanlar gətirirsiniz. Bu keçi və qoyunların yerli cinslərdən nə kimi üstünlükləri var?

- Tam əminliklə deyə bilərəm ki, uğurumuzun əsasında müasir təsərrüfatçılıq modeli dayanır. 11 hektar ərazini əhatə edən təsərrüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq ana keçi, təkə, çəpiş və bala heyvanlar üçün ayrı-ayrılıqda nizamlanıb, onların xəstəliklərdən qorunması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, müasir paralel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin fəaliyyəti və istirahəti üçün hər cür şərait yaradılıb.

Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,6 faiz olan “Saanen” və “Alpin” cinsli keçilərin hər biri laktasiya dövründə 800-1200 litr süd verir. Ətlik-südlük istiqamətli “Asaf” cinsli qoyunların süd verimi isə 250-450 litrdir. Onlar yerli cinslərlə müqayisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar bütün parametrlərə görə - yununa, ət, süd və bala veriminə görə yerli qoyunlardan üstündür.

- Bir qədər də təsərrüfatda istehsal edilən məhsullardan və bazardan danışaq. Məhsullarınızın satışı necə təşkil olunub? Xarici bazara çıxmaq imkanı nə dərəcədə realdır?

- Təsərrüfatda bir gündə orta hesabla 4 tondan çox süd sağılır. Emal müəssisəsində Qarabağ motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri, şüyüdlü pendir, şor, kərə yağı və sair hazırlanır. Keçi südü inək südünə nisbətən yüngül və dadlıdır. Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti keçi südünün əsas üstünlüklərindən sayılır. Buna görə də keçi südünə hər yerdə, eləcə də ölkəmizdə böyük tələbat var.

Fevralın 8-də “Boulevard Baku” otelində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsinin təqdimat mərasimi keçirilib. Təsərrüfatımızda istehsal edilən keçi südü, keçi şoru, keçi pendiri, Qarabağ motal pendiri və keçi yağı kimi KETCHI məhsulları “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna daxil edilib. “Azerbaijan breakfast” – milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrindən keçib. Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi menyusuna daxil olan müxtəlif qida növlərinin, o cümlədən KETCHI məhsullarının milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı nəticə etibarilə milli mətbəximizin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin yaradacaq.

Məhsulların satışına gəlincə, biz ilk növbədə, daxili bazar üçün işləyirik. Məhsullarımız xüsusi avtomobillərlə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Zaqatala və digər şəhərlərdəki iri marketlərə çatdırılır. Bundan başqa, məhsulların xarici bazara çıxarılması üçün Rusiya Federasiyası, Ukrayna, Qətər və İraqla danışıqlar aparılır. Artıq Rusiyaya ilk məhsulumuzu göndərmişik. Bu yaxınlarda Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri ilə də danışıqlara başlayacağıq.

- Fəaliyyətiniz, məhsullarınız idxal komponentlərindən nə dərəcədə asılıdır? Yemi haradan əldə edirsiniz?

- Heyvanların yemlənməsi xüsusi diqqət tələb edən məsələdir. Keçilərin yem rasionunun tərkibi yerli heyvanların yemindən fərqlənir. Biz onları keyfiyyətli yonca, arpa, soya, qarğıdalı, xüsusi süd yemi, quru yem və müəyyən edilmiş normalarda mərmər tozu, duz, kəpəklə yemləyirik. Bunların təxminən 36 faizini xaricdən gətirməli oluruq. İdxaldan asılılığı aradan qaldırmaq üçün yemi özümüz istehsal etməliyik. Artıq bu istiqamətdə işə başlamışıq. Ağcabədi rayonu ərazisində 1500 hektar torpaq sahəsi ayrılması üçün müvafiq orqanlara müraciət etmişik. Həmin torpaqlarda taxıl yetişdiriləcək, növbəli əkin sistemi tətbiq olunacaq. Beləliklə də, həm öz təsərrüfatımızı, həm də bölgədəki ailə-fermer təsərrüfatlarını yemlə təmin edə biləcəyik.

- Təsərrüfatı genişləndirmək barədə düşünürsünüzmü? Sizcə, özəl sektorun inkişafı üçün daha nəyə ehtiyac var?

- Təsərrüfatımızda 10 min baş heyvanın saxlanılması üçün şərait var. Əgər yem təminatımız olarsa, heç bir əlavə tikinti aparmadan heyvanların sayını iki dəfə çoxalda bilərik.

Hesab edirəm ki, özəl sektorun, xüsusən fermer təsərrüfatlarının inkişafı üçün kiçikhəcmli kreditlərin və “Aqrolizinq” ASC-nin xətti ilə alınan heyvanların pulunun ödəniş müddətini 3 ildən 5 ilədək uzatmaq faydalı olardı. Kreditlərin ödəniş müddətinin uzadılması kiçik ailə-fermer təsərrüfatlarının inkişafına, insanların məşğulluğunun və rifahının yaxşılaşmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verər. Müasir dövrdə ailə-fermer təsərrüfatlarının yaradılması olduqca zəruridir. 1-1,5 hektar pay torpağı olan kəndli ailəsi 8-10 baş keçi saxlamaqla, ayda azı 500 manat mənfəət götürə bilər. Qapımız yerli fermerlərin, biznesə yeni başlayanların üzünə açıqdır. Onlara bu işdə kömək göstərməyə hazırıq.

“BMS Aqro”nun brend məhsulları: keçi südü, keçi pendiri, keçi yağı... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI