CƏMİYYƏT


BMTM-in adı bir neçə kateqoriya üzrə “2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib

Bakı, 4 may, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin adı ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin nəzdində fəaliyyət göstərən “Lauder” İnstitutunun Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı tərəfindən tərtib olunmuş “2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib.

BMTM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz indeksdə bir neçə kateqoriya üzrə yer tutub. Hesabata əsasən, BMTM 2020-ci ildə “Hökumətə bağlı ən yaxşı beyin mərkəzləri 2020” (2020 Best Government-Affiliated Think Tanks) kateqoriyası üzrə 28-ci, “Mərkəzi Asiyada fəaliyyət göstərən ən yaxşı beyin mərkəzləri 2020” (2020 Top Think Tanks in Central Asia) kateqoriyası üzrə 43-cü, “Ən səmərəli təbliğat kampaniyaları 2020” (2020 Best Advocacy Campaign) kateqoriyası üzrə 53-cü, “Ən yaxşı idarə olunan beyin mərkəzləri 2020” (2020 Best Managed Think Tanks) kateqoriyası üzrə 55-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Pensilvaniya Universitetinin nəzdindəki “Lauder” İnstitutunun Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı beyin mərkəzlərinin reytinq cədvəlini 2006-cı ildən etibarən tərtib edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.