DÜNYA


BMT: 2018-ci ildə dünyada 269 milyon insan narkotiklərdən istifadə edib

Bakı, 25 may, AZƏRTAC

2018-ci ildə dünyada 269 milyon insan kannabis, kokain, tiryək və sintetik narkotik vasitələrdən istifadə edib. Bu, 2009-cu illə müqayisədə 30 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin narkotik vasitələr və cinayətkarlıq məsələləri üzrə idarəsinin cümə axşamı günü dərc etdiyi “Narkotiklər haqqında ümumdünya məruzəsi - 2020”də yer alıb.

Ekspertlərin sözlərinə görə, 269 milyon insanın 35,6 milyonuna narkotikdən asılılıq səbəbindən tibbi yardım tələb olunub. İstifadə edilən narkotiklər arasında artıq dozası əksər hallarda ölümlə nəticələnən opioidlər (heroin və tiryək) daha təhlükəli sayılır. Ən çox yayılan narkotik isə kannabisdir. Bütün dünya üzrə 192 milyon insan ondan istifadə edib. Kannabisdən istifadənin ən çox yayıldığı ölkə ABŞ-dır. Onun ardınca Böyük Britaniya, İtaliya və Almaniya gəlir.

2018-ci ildə dünyada 5610 ton kannabis, 1131 ton kokain, 704 ton tiryək, 228 ton metamfetamin, 139 ton heroin və morfin, 21 ton amfetamin və 12 ton ekstazi müsadirə edilib.

Məruzədə, həmçinin qeyd olunur ki, hazırda müxtəlif ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirləri narkotiklərin qıtlığına, keyfiyyətinin aşağı düşməsinə və qiymət artımına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.