DÜNYA


BMT: 2021-ci ildə dünya turizm sahəsinin gəlirləri bir trilyon dollar azala bilər

Bakı, 29 noyabr, AZƏRTAC

Cari ilin nəticələrinə əsasən, dünyada turizm sahəsinin gəlirləri COVID-19 pandemiyasından əvvəlki göstərici ilə müqayisədə bir trilyon dollar azala bilər.

AZƏRTAC xəbər verir ki, belə bir proqnozla BMT-nin Ümumdünya Turizm Təşkilatı çıxış edib.

“2021-ci ildə beynəlxalq turizmdən gələn gəlir 700-800 milyard dollara çata bilər. Bu, 2020-ci illə müqayisədə bir qədər yaxşı nəticə sayılsa da, 2019-cu ildə qeydə alınan 1,7 trilyon dollarlıq göstəricinin yarısından da azdır”, - deyə təşkilatdan bildirilib.

Ekspertlər, həmçinin hesab edirlər ki, xarici ölkələrə səfər edən turistlərin sayı pandemiyadan öncəki 2019-cu illə müqayisədə 70-75 faiz azalacaq.

“Beynəlxalq turizmin təhlükəsiz bərpası ölkələrin istehlakçıların etibarının bərpasına yönələn koordinasiya olunmuş cavab tədbirlərindən asılıdır. Bunlara razılaşdırılmış təhlükəsizlik və sağlamlıq protokolları, səyahət məhdudiyyətləri və effektiv kommunikasiyalar daxildir. Bu, bəzi regionlarda yoluxma sayının artdığı və dünyanın müxtəlif yerlərində COVID-19 infeksiyasının yeni variantlarının ortaya çıxdığı bir vaxtda xüsusilə vacibdir”, - deyə Ümumdünya Turizm Təşkilatının məlumatında vurğulanır.

2020-ci il bu sahədə statistikanın aparıldığı tarixdə turizm üçün ən pis dövr olub. Belə ki, ötən il xarici ölkələrə səfər edən turistlərin sayı bir milyard nəfər azalıb. 2019-cu ildə bu göstərici 1,5 milyard nəfərə çatırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.