İQTİSADİYYAT
BMT AFRİKA ÖLKƏLƏRİNİN BORCLARINI SİLMƏYƏ ÇAĞIRIR
Onun sözlərinə görə, “Minilliyin zirvə toplantısında qarşıya qoyulan məqsədə - yoxsulların sayını 2015-ci ilədək azaltmaq məqsədinə nail olmaq yalnız o halda mümkündür ki, Afrika ölkələrində illik iqtisadi artım 7-8 faiz təşkil etsin”.
O demişdir: “Afrika ölkələri borclarının silinməsi tələbini onunla əsaslandırırlar ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi təşkilatlara daimi ödənişlər onların bütün pullarını sovurub aparır”. K.Küzari məsələyə aydınlıq gətirərək bildirmişdir: “İş bundadır ki, Afrika ölkələrinə bu kreditlər dünya maliyyə təşkilatlarının mütəxəssisləri tərəfindən müəyyənləşdirilmiş konkret iqtisadi islahatların həyata keçirilməsi üçün verilmişdir. Lakin bu islahatlar iqtisadiyyatı sürətlə inkişaf etdirmək əvəzinə, yoxsulluğun və borcların artmasına gətirib çıxarmışdır. Odur ki, indi beynəlxalq maliyyə təşkilatları Afrikada vəziyyətə görə məsuliyyəti bölüşməlidirlər”.
BMT-nin məruzəsində deyilir ki, 1970-2002-ci illərdə Afrika ölkələri 540 milyard dollar məbləğində borc almış və artıq təqribən 550 milyard dollar ödəmişlər, lakin faizlərə görə hələ 295,5 milyard dollar borcları qalır.