SİYASƏT


BMT ƏHALİ FONDUNUN REGİONAL DİREKTORU AZƏRBAYCANA GƏLƏCƏKDİR

BMT Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktor, xanım Anne-Birgitte Albrektsen avqustun 23-dən 28-dək Azərbaycanda səfərdə olacaqdır.

Fondun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Fond Azərbaycan Respublikasının Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi ilə birgə həyata keçirdiyi layihələr və digər proqramlar vasitəsilə ölkədə əhalinin reproduktiv sağlamlıq xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsində Azərbaycan hökumətinə kömək göstərmiş, dövlət təşkilatlarının əhali və inkişafla əlaqədar məlumat toplamaq və təhlil etmək, əhali və gender məsələsini inkişaf planına yönəltmək üçün təşkilatı və texniki bacarıqlarının gücləndirilməsinə yardımçı olmuşdur.

Xanım Anne-Birgitte Albrektsenin bu məsələlərdə iştirakı BMT-nin Əhali Fondunun Azərbaycanda 2005-2009-cu illər üçün fəaliyyətinin istiqamətini və əhatə dairəsini formalaşdırmaq səylərinə, yerli tərəfdaşlarla əməkdaşlığına böyük töhfə verəcəkdir.

Xanım Anne-Birgitte Albrektsen Azərbaycan Respublikasının rəsmi şəxsləri, BMT-nin Əhali Fondunun tərəfdaş təşkilatları ilə görüşərək ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etmək fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.