CƏMİYYƏT


BMT Baş katibi Beynəlxalq Ana Torpaq Günündə planetimizi sağaltmağa çağırıb

Bakı, 22 aprel, AZƏRTAC

Beynəlxalq Ana Torpaq Günü münasibətilə BMT Baş katibi Antonio Quterreş müraciətlə çıxış edib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a daxil olan müraciətdə Baş katib bəyan edib ki, Beynəlxalq Ana Torpaq Gününü qeyd etdiyimiz bir vaxtda planetimiz uçurumun kənarındadır: “Bəşəriyyət təbiəti istismar etməyə davam edir. Yer kürəsindəki ehtiyatları amansızca talan edirik, vəhşi təbiəti yox edirik, habelə atmosfer, torpaq və dənizi tullantı yerinə çeviririk. Vacib ekosistemlər və ərzaq zənciri məhv olmaq üzrədir. Bu intihara bərabərdir”.

Antonio Quterreş bəşəriyyəti təbiətə qarşı müharibəni dayandırmağa və onu bərpa etməyə çağırıb: “Bu, qlobal istiləşməni 1.5 °C-ə məhdudlaşdırmaq üçün iqlim dəyişikliyinə qarşı cəsarətlə mübarizə aparmaq və gərəkli dəyişikliklərə uyğunlaşmaq deməkdir. Bu, biomüxtəlifliyi qorumaq üçün daha ciddi addımların atılması deməkdir. Bu, həmçinin tullantıları məhdudlaşdıran dairəvi iqtisadiyyatı qurmaq və çirkələnməni azaltmaq deməkdir.

Bu addımlar yeganə evimiz olan yer planetini qoruyacaq və milyonlarla yeni iş yeri yaradacaq.

COVID-19 pandemiyasından bərpa prosesi dünyanın daha təmiz, yaşıl və dayanıqlı olması üçün bir şansdır.

Gəlin builki Beynəlxalq Ana Torpaq Günündə planetimizi sağaltmaq və təbiətlə sülh içində yaşamaq üçün ciddi səy göstərək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.