DÜNYA


BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

Bakı, 31 yanvar, AZƏRTAC

Pakistanda terror hücumunun məsciddə - ibadət yerində baş verməsi xüsusi ilə iyrənclik doğurur.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stephane Dujarric tərəfindən yayılan məlumatda yer alıb.

Yazılı açıqlamada BMT Baş katibinin bu hücumu pislədiyi açıqlanıb, hadisə zamanı həlak olanların ailələrinə başsağlığı verilib.

Qeyd edək ki, dünən Pakistanın Pişəvər şəhərində günorta namazı zamanı məscidə terror hadisəsi baş verib. Hadisə zamanı içərilərində polis əməkdaşları olmaqla 60-yaxın şəxs həlak olub, 157 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.