SİYASƏT


BMT Baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin deyib.

Liu Cenmin BMT-nin Dövlət Xidmətləri Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu forumun dövlət xidmətlərinin təşviqi baxımından əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin işini yüksək qiymətləndirib. Bu xidmətlər vasitəsilə vətəndaşlarla məmurlar arasında asan və rahat ünsiyyətin təmin olunduğunu deyib.

“BMT Azərbaycanın uğurlu ASAN modelini yüksək qiymətləndirir. “ASAN xidmət”in təklif etdiyi səmərəli dövlət xidmətləri, innovativ transformasiya vasitəsilə 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm rol oynayır. Bu xidmətin nəticəsi olaraq formalaşmış dövlət-vətəndaş münasibətləri digər ölkələr üçün gözəl nümunədir”, - deyə BMT Baş katibinin müavini vurğulayıb.

Liu Cenmin BMT-nin 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə çatmaq istiqamətində Azərbaycanın bütün səylərini dəstəkləyəcəyini və ölkəmizlə əməkdaşlıq etmək əzmində olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.