DÜNYA


BMT Filippində narkotiklərlə mübarizə kampaniyası çərçivəsində insan hüquqlarının pozulmasını araşdıracaq

Tokio, 12 iyul, AZƏRTAC

BMT-nin İnsan Hüquqları Şurası Filippində narkotiklərlə mübarizə kampaniyası çərçivəsində insan hüquqlarının mümkün pozulmasının araşdırılması ilə əlaqədar qətnamə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Filippin polisi narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə bağlı aparılan kampaniya zamanı 6600 nəfərin qətlə yetirildiyi barədə məlumat yayıb. Bildirilir ki, bu kampaniya Filippin Prezidenti Rodriqe Duterte üç il əvvəl hakimiyyətə gəldikdən sonra başlanıb.

BMT-nin İnsan Hüquqları Şurası təhqiqatın aparılması barədə qətnaməni iyulun 11-də Cenevrədə keçirilən iclasında qəbul edib.

Şura Filippində insan hüquqlarının pozulması, həmçinin qətllər və qeyri-qanuni həbslərlə bağlı narahatlığını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.