SİYASƏT


BMT İP AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ BİRGƏ TƏDBİR KEÇİRİR

Sentyabrın 19-da BMT-nin İnkişaf Proqramı (BMT İP) Azərbaycan hökuməi ilə birgə “Azərbaycan Respublikasının informasiya-kommunikasiya texnologiyası sektoru: beynəlxalq ticarətin perspektivləri” mövzusunda “dəyirmi masa” keçirəcəkdir. Tədbirin sponsoru Dünya Ticarət Təşkilatıdır.

“Milli informasiya-kommunikasiya texnologiyaları strategiyasının inkişafı və ilkin tətbiqi” birgə layihəsi çərçivəsində təşkil edilən bu tədbirdə yeni sənəd – Azərbaycanda informasiya texnologiyaları haqqında sorğu kitabçasının layihəsi müzakirə olunacaqdır.

“Dəyirmi masa”da Prezidentin İcra Aparatının, Nazirlər Kabinetinin, İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları, habelə telekommunikasiya xidmətləri və kompüter şirkətlərinin provayderləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.