İQTİSADİYYAT


BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır

Bakı, 15 iyul, AZƏRTAC

BMT İnkişaf Proqramı (BMTİP) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlikdə BMTİP-in Azərbaycan üzrə rezident nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib. Görüşdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün yeni biznes imkanlarının təmin edilməsi, onların müxtəlif dəstək mexanizmlərinə çıxışının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı istiqamətində həyata keçirilən proqramlar və strateji təşəbbüslər haqqında ətraflı məlumat verib.

A.Frakasseti rəhbərlik etdiyi qurumun beynəlxalq səviyyədə və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında danışıb, dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasında özəl sektorun rolunun əhəmiyyətini qeyd edib. O, KOBİA-nın fəaliyyət istiqamətləri üzrə xüsusilə regionlarda sahibkarların bilik və bacarıqlarının artırılması, həssas qrupların məşğulluğu istiqamətində gənclərin, qadınların və əlillərin sahibkarlıq imkanlarının genişləndirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.