DÜNYA
BMT KXDR nümayəndə heyətinin Vyetnama səfərinə razılıq verib
Bakı, 21 fevral, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası Kim Çen Inın rəhbərliyi ilə Koreya Xalq Demokratik Respublikası nümayəndə heyətinin Vyetnama səfərinə razılıq verib.
AZƏRTAC xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Vyetnam tərəfinin Şimali Koreya nümayəndə heyətinin səfərinin baş tutması üçün KXDR-in bəzi yüksək vəzifəli şəxslərinə xaricə səfərlərlə bağlı tətbiq olunan sanksiyalara istisnaların verilməsi müraciətinə müsbət cavab verib. Şuranın üzvü olan 15 ölkənin heç biri Vyetnamın istəyinə qarşı çıxmayıb. Beləliklə, fevralın 27-28-də Hanoyda ABŞ və KXDR liderinin növbəti görüşü üçün ən böyük əngəl aradan qaldırılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən ilin iyununda birinci ABŞ-KXDR liderlərinin görüşündə iştirak etmək üçün Şimali Koreya rəsmilərinin Sinqapura səfərinə razılıq vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]