MƏDƏNİYYƏT
BMT-NİN BAŞ KATİBİ DÜNYA QADINLARINI TƏBRİK ETMİŞDİR
K.Annan 2005-ci ildə təşkil olunan Dünya Sammitində ölkə rəhbərlərinin qadınların tərəqqisinin hamının tərəqqisi olduğunu birmənalı şəkildə bəyan etdiklərini vurğulamışdır.
İnkişaf və təhsilin təmin edilməsi üçün qadın və qızların səlahiyyətlərinin genişləndirilməsinin səmərəli siyasət olduğunu dünya artıq qəbul edir. Bu siyasət münaqişələrin qarşısının alınması, sülhün və sabitliyin təmin edilməsi üçün də lazımdır.
Bunun nəticəsi olaraq, bütün dünyada qadınların təmsil olunmasında nailiyyətlər əldə edilmişdir. Belə ki, son vaxtlar parlamentlərdə qadınların nisbəti yüksək həddə qalxmışdır. Dövlət və hökumət başçıları vəzifəsində çalışan qadınların sayı artıq 11 nəfərə çatmışdır.
K.Annanın müraciətində deyilir: “Gəlin, qərarların qəbul edilməsi prosesində dünya əhalisinin yarısını təşkil edən qadınların layiq olduqları yeri tutmalarını təmin edək”.