BMT-NİN BAŞ KATİBİ İSLAMA NİFRƏT HALLARINDAN NARAHATDIR
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbər görə, BMT-nin Baş katibi Kofi Annan dünyada nifrət və ayrı-seçkiliyin aradan qaldırılması probleminə həsr olunmuş son çıxışında islama nifrət təzahürlərini xüsusi vurğulayaraq bildirmişdir ki, bu, Qərbdə gündən-günə daha çox yayılmaqda olan görünməmiş hadisədir.
2001-ci ilin Nobel mükafatı laureatı Kofi Annan BMT-nin iqamətgahındakı ziyafətdə çıxışında demişdir ki, antisemitizm kimi, islama nifrət də bütün dünyada insanların mənəvi birliyinə meydan oxumaqdadır. Baş katibin sözlərinə görə, məlum 11 sentyabr hadisələrindən sonra bir çox müsəlmanlar, ilk növbədə, Qərbdəki müsəlmanlar ətrafdakılar tərəfindən şübhə, sıxışdırılma və ayrı-seçkilik obyektinə çevrilmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var