DÜNYA
BMT-NİN İNSAN HÜQUQLARI SAHƏSİNDƏ MÜKAFATI TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı dekabrın 10-da, Beynəlxalq insan hüquqları günü insan hüquqları sahəsində 2003-cü il üçün mükafatı təqdim etmişdir. Bu il Argentina, ABŞ, Syerra-Leone, İordaniya və Çindən beş namizəd laureat adlandırılmışdır.
BMT Baş Məclisinin qərarı ilə 1966-cı ildə təsis edilən bu mükafat beş ildə bir dəfə, “Ümumi İnsan Hüquqları Bəyannaməsində təcəssümünü tapmış insan hüquqlarının möhkəmlənməsinə və müdafiəsinə görkəmli töhfə vermiş” ayrı-ayrı adamlara və təşkilatlara təqdim olunur.
BMT Baş katibinin İraq üzrə sabiq xüsusi nümayəndəsi, bu il avqustun 19-da BMT-nin Bağdaddakı iqamətgahı qarşısında partlayış nəticəsində həlak olmuş Serjiu Vieyra di Mellu ölümündən sonra xüsusi mükafata layiq görülmüşdür.
Xatırladaq ki, 1948-ci il dekabrın 10-da BMT-nin Ümumi İnsan Hüquqları Bəyannaməsi qəbul olunmuş, 1950-ci ildə isə Baş Məclis bütün dövlətlərə və əlaqədar təşkilatlara 10 dekabrı Beynəlxalq insan hüquqları günü kimi qeyd etməyi təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]