SİYASƏT


BMT-NİN KİPRDƏ SABİTLİK PLANI BEYNƏLXALQ DƏSTƏK TAPMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri Almaniya siyasi dairələrinin KİV-dəki məlumatlarına istinadən xəbər verir ki, fevralın 13-də, nəhayət, Kipr probleminin həllinin son nöqtəsi qoyulmuşdur. Kiprin yunanlara və türklərə aid hissələrinin nümayəndələri BMT-nin Baş Katibi Kofi Annanın “ barışıq planı”nın həyata keçirilməsinə, adanın yenidən birləşərək vahidliyinin bərpa olunması barədə danışıqların formal da olsa, fevralın 19-da keçirilməsinə tam razılıqlarını bildirmişlər.

Bu gün dünya siyasətçiləri, o cümlədən Avropa Birliyində aparıcı rola malik Almaniya siyasətçiləri Kiprin vahidliyinin nəhayət sülh yolu ilə bərpasını yüksək qiymətləndirirlər. Almaniya xarici siyasət idarəsinin başçısı Yoşka Fişer BMT-nin Baş Katibi Kofi Annanın Kipr probeminin bu beynəlxalq qurumun mandatı çərçivəsində həlli barədə sülhməramlı planını və onun şəxsi səylərini alqışlamışdır.

BMT-nin Baş Katibi Kofi Annanın təqdim etdiyi plana əsasən Aralıq dənizi adası Kiprin yunanlara aid 71,6 faiz (etnik əhalisi 720 min nəfər) və türklərə aid 28,5 faiz (etnik əhalisi 230 min nəfər) əraziləri yenidən birləşərək tərkibində “iki dövlətdən ibarət ümumi dövlət” qurumunda 2004-cü il mayın 1-də Avropa Birliyinə qəbul olunacaqdır. Vahid dövlətin tərkib hissələri olacaq dövlətlərin hər ikisinin sərbəst fəaliyyət göstərəcək parlamentləri olacaq. Vahid dövlət səviyyəsində isə yuxarı və aşağı palataları özündə birləşdirən ümumi dövlət parlamenti fəaliyyət göstərəcəkdir.

Əhalinin say üstünlüyünə uyğun olaraq yunanlar aşağı palatada deputat mandatlarının üçdə iki, türklər isə üçdə bir hissəsinə malik olacaqlar. Kipr senatında yerlər hər iki etnik xalq qrupunun arasında tən bölüşdürüləcəkdir.

Vahid Kiprin yeni hökumət kabinetinin tərkibinə ada sakinlərindən dörd yunan və iki türk nümayəndə daxil olacaqdır.

Mübahisə doğuran məsələləri tərkibində Kipr sakinlərindən ibarət üç yunan, üç türk və üç xarici nümayəndədən ibarət ali məhkəmə həll edəcəkdir.

BMT-nin Kiprdə sabitlik planında, həmçinin bildirilir ki, fevralın 19-a təyin olunmuş yekun danışıqlarında tərəflərdən birinin Kiprin yenidən birləşməsinə etirazı təqdirində 2004-cü il mayın 1-də yalnız Kipr adasının yunanlara aid hissəsinin ayrılıqda Avropa Birliyinə qəbul olunması məsələsinə xitam veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.