DÜNYA


BMT Qazaxıstanda Əfqanıstan üçün humanitar mərkəzin yaradılmasını təsdiqləyib

Nur-Sultan, 21 sentyabr, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində Əfqanıstana yardım göstərmək üçün beynəlxalq mərkəz yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Almatı şəhərinin Əfqanıstana bütün yardımları, ilk növbədə ərzaq yardımını çatdırmaq üçün BMT-nin beynəlxalq logistika mərkəzi olaraq istifadə edilməsi ideyası bu ölkədə humanitar fəlakətin qarşısını almaq üçün dünya ictimaiyyətinin səylərinə praktiki yardım göstərmək məqsədi daşıyır.

Qazaxıstan prezidentinin bu təşəbbüsünə BMT rəsmilərindən ilkin olaraq müsbət fikir alınıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Almatı iqtisadiyyatın çöküşünün, qaçqın axınının artmasının və humanitar xarakterli digər mənfi nəticələrin qarşısını almaq üçün Əfqanıstana beynəlxalq yardımların koordinasiya mərkəzi ola bilər.

Xatırladaq ki, bu il sentyabrın 17-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən sammitində Almatıda Əfqanıstan üçün humanitar mərkəzin açılmasını təklif etmişdi.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.