DÜNYA


BMT Rusiya və Ukrayna ilə Mariupoldan təxliyənin detallarını işləyir

BMT Rusiya və Ukrayna ilə Mariupoldan təxliyənin detallarını işləyir

Bakı, 28 aprel, AZƏRTAC

BMT Rusiya və Ukrayna ilə Mariupoldan təxliyənin detalları üzərində işləyir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynaya səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində söyləyib.

“Prezident Putin mənimlə prinsipcə razılaşıb ki, biz BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə Ukraynanın nəzarət etdiyi ərazilərdən mülki şəxslərin təxliyəsinə başlayaq”, - deyə Quterreş bildirib. Onun sözlərinə görə, hazırda təxliyənin detallarını Moskvada Rusiya Müdafiə Nazirliyi və BMT-nin əməkdaşları müzakirə edirlər.

“Onlar, həmçinin Ukrayna hakimiyyəti ilə təmasdadır. Bilmək istəyirlər, elə bir şərait yaratmaq mümkün ola bilərmi ki, heç kim digər tərəfi təxliyənin baş tutmamasında günahlandıra bilməsin”, - deyə Baş katib əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.