SİYASƏT


BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Vaşinqton, 12 noyabr, AZƏRTAC

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi yubiley medalı ilə təltif olunub. O, bu mükafata Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) arasında əməkdaşlığın, xüsusən mədəniyyətlərarası və konfessiyalararası əlaqələr sahəsində əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev alyansın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mərasimdə medalı Migel Anhel Moratinosa təqdim edib.

BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Mədəniyyət Nazirliyi 2011-ci ildən tərəflərin birgə təşəbbüsü olan və 2010-cu ildə sivilizasiyalar arasında dialoqa kömək məqsədi ilə başlanmış “Bakı Prosesi”nin tərkib hissəsi olan Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda əməkdaşlıq edirlər.

Xatırladaq ki, BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda 7-ci Qlobal Forumu 2016-cı ilin aprelində Bakıda keçirilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.