DÜNYA


BMT TƏHLÜKƏSİZLİK ŞURASI İRAQA DAİR YENİ QƏTNAMƏ QƏBUL ETMƏK NİYYƏTİNDƏDİR

BMT Təhlükəsizlik Şurası İraqa münasibətdə qüvvədə olan sanksiyaların mexanizmini dəyişən yeni qətnamə layihəsi üzrə mayın 14-də səsvermə keçirmək niyyətindədir. 

Təhlükəsizlik Şurasının daimi üzvü olan “beşliyin” – Rusiya, ABŞ, Fransa, Çin və Böyük Britaniyanın nümayəndələri tərəfindən hazırlanmış sənəd BMT-nin İraqa dair “Ərzaq müqabilində neft” humanitar proqramının fəaliyyətinin yeni əsasını qoymalıdır. Qadağaların mexanizminin dəyişdirilməsi ideyası hələ ötən ilin yazında baxılmaq üçün ABŞ nümayəndə heyəti tərəfindən Şuraya təqdim edilmiş, lakin onun müddəalarının çoxunu RF nümayəndələri bəyənməmişdir. Əsas əngəl amerikalıların BMT TŞ-nın İraq barəsində qadağalar üzrə kömitəsinə bəyənilmək üçün təqdim etdikləri “malların təxmini siyahısı” olmuşdur.

Təxminən bir il aparılmış danışıqların gedişində tərəflər razılaşdırılmış qərar qəbul etmişlər. Yeni qətnamə layihəsinin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən bəyənilməsi, gözlənildiyinə görə, “Ərzaq müqabilində neft” proqramı çərçivəsində İraqa mülki mallar göndərilməsi qaydasını sadələşdirməli və BMT TŞ-nın qadağalar üzrə komitəsindən müqavilələrin keçməsini sürətləndirməlidir.

İTAR-TASS-ın verdiyi xəbərə görə, sənəddə nəzərdə tutulur ki, İraqa bütün mülki mallar və avadanlıq qadağalar komitəsinin razılığı olmadan göndəriləcək, komitə isə yalnız ikili təyinatlı malların göndərilməsinə dair sifarişləri nəzərdən keçirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.