DÜNYA
BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etmədi
Bakı, 14 aprel, AZƏRTAC
Rusiyanın Suriyaya təcavüzü dayandırmağa çağıran qətnaməsi BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qətnamə səs çoxluğu qazanmayıb. Sənəd ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumundan sonra Rusiyanın tələbi ilə çağırılan iclasın gedişində səsə qoyulub. Qətnamənin lehinə Rusiya, Çin və Boliviya səs verib. Səkkiz ölkə sənədə qarşı çıxıb, daha dörd nümayəndə heyəti bitərəf qalıb.
Xatırladaq ki, bu gün səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı kimyəvi silah obyektlərinə raket zərbələri endirib. ABŞ-ın müdafiə naziri Cim Mattis, Baş Qərargah rəisi Cozef Dunford əməliyyatla bağlı keçirdikləri mətbuat konfransında İran və ya Rusiya ilə hər hansı koordinasiya aparmadıqlarını bildiriblər. Hücumların davam edib-etməyəcəyinə dair suala Dunford “bu hücum dalğası sona yetdi” cavabını verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]