DÜNYA


BMT araşdırmalarına görə Bolqarıstanın əhalisi azalır

Sofiya, 25 iyun, AZƏRTAC

BMT-nin apardığı araşdırmaya əsasən, Bolqarıstanın əhalisi hazırkı 7 milyon nəfəri keçməyəcək. Ən yaxşı halda Bolqarıstanda əsrin sonunda 5,5 milyon insan yaşayacaq.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Agentliyinin məlumatı daha pessimistdir. Məlumatda bildirilir ki, ölkədə 2100-ci ildə yalnız 2,18 milyon adam yaşayacaq. Bu rəqəm hazırda Sofiya və Plovdivin birgə əhalisinin sayına bərabərdir.

Bu baxımdan BMT-nin araşdırması daha müsbətdir. Belə ki, araşdırmaya görə, 2038-ci ildə Bolqarıstan əhalisi 1 milyon nəfər azalaraq 5 milyon 977 min nəfərə, 2059-cu ildə 4 milyon 989 min nəfərə, 2085-ci ildə 4 milyon nəfərə, əsrin sonuna kimi isə 3,6 milyon nəfərə çatacaq. Bütün bunlar dünya əhalisinin artımı fonunda baş verir. Afrika artıq bir neçə onilliklərdir ki, əhalinin artımı baxımından liderdir. Hindistanda əhalinin sayı isə tezliklə Çinin əhalisinin sayına yaxınlaşa bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.