SİYASƏT


BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub

Vaşinqton, 22 mart, AZƏRTAC

Beynəlxalq Novruz Günü ilə əlaqədar BMT-də Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Hindistan, Türkiyə, Türkmənistan, Tacikistan, Pakistan və Özbəkistanın BMT yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Novruz Yemək Festivalı keçirilib.

Festivalda təşkilatçı ölkələrin milli mətbəxlərini, musiqilərini, eləcə də müxtəlif mədəniyyət nümunələrini əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət xüsusi guşəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə BMT yanında daimi nümayəndələr, beynəlxalq təşkilatların və diasporların təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, 2010-cu ildə BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.