CƏMİYYƏT


BMT-də keçirilən görüşlərə dair BAMF-da mətbuat konfransı təşkil olunub

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) BMT-də təşkil olunan görüşlərə və müzakirələrə dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən BAMF prezidenti Umud Mirzəyev jurnalistlərə BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə 40-cı sessiyası çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda təşkil edilən tədbir barədə məlumat verib. Qeyd edilib ki, bu tədbir Sərsəng su anbarı ilə bağlı məsələnin gündəmə gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, siyasi şərhçi Azər Həsrət, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina Cenevrədə təşkil olunan tədbir, keçirilən görüşlərin önəmi barədə fikirlərini səsləndiriblər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.