DÜNYA


BMT-dən Liviyadakı münaqişə tərəflərinə xəbərdarlıq

Bakı, 9 aprel, AZƏRTAC

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Liviyadakı münaqişə tərəflərinə mülki infrastruktura yönəlik hücumların döyüş cinayətləri yarada biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ali komissar yazılı açıqlamasında mülki vətəndaşların qorunmasının təmin edilməsi ilə bağlı beynəlxalq hüququn normalarını münaqişə tərəflərinin diqqətinə çatdırıb. M.Baçelet Liviya xalqının son illərdə münaqişələrdən əziyyət çəkdiyini və insan hüquqlarının pozulması hallarının baş verdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.