DÜNYA


BMT ekoloji fəlakətin qarşısının alınması üçün səyləri artırmağa çağırır

Bakı, 3 dekabr, AZƏRTAC

Dünya ölkələri ekoloji fəlakətin qarşısının alınması üçün lazımi tədbirlər görmür.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın iqlimin dəyişikliyi üzrə 24-cü konfransında deyib. “Biz ciddi problemlə qarşılaşmışıq. İqlimin dəyişməsi getdikcə sürətlənir. Nə qədər gec deyil, bunun qarşısını almalıyıq. Məqsədimizin və vəziyyətimizin aktuallığını dəyərləndirmək çətindir”, - deyə Quterreş bildirib.

“Biz fəlakətli iqlim dəyişikliyinin qarşısının alınması üçün hələ də lazımi tədbirlər görmürük. Bizə dönüş lazımdır. Bunu etməsək, Arktika və Antarktida əriyəcək, mərcan rifləri məhv olacaq. Ekoloji fəlakətlərin xərcləri təsəvvür edilməz xarakter alacaq”, - deyə baş katib əlavə edib.

Polşanın Katovitse şəhərində keçirilən konfrans iştirakçılarının əsas məqsədi 2015-ci ildə qəbul olunan Paris iqlim sazişinin reallaşdırılma metodlarını müzakirə etməkdir. 194 ölkə tərəfindən imzalanan Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üçün fəaliyyət planını müəyyənləşdirir. Sazişə əsasən, bütün tərəflər təbiətə atılan tullantıların azaldılması, texnoloji yenidənqurma və iqlim dəyişikliyinə adaptasiya üçün tədbirlər görməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.