CƏMİYYƏT
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Novruz bayramı münasibətilə videomüraciət ünvanlayıb VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Novruz bayramı münasibətilə videomüraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.
“BMT-nin Azərbaycandakı ailəsi adından hər birinizə xoşbəxt və sağlam Novruz arzulayıram. Azərbaycanlılar da daxil olmaqla, dünyada 300 milyondan çox insan 3000 ildən çoxdur ki, bu bayramı və baharın gəlişini qeyd edir. Novruz bayramı sülhü, həmrəyliyi və barışığı təşviq edir. İlk dəfədir ki, Azərbaycanda ailəmlə Novruzu qeyd edəcəyik. Biz də ənənəyə uyğun olaraq, bayram süfrəmizi səməni, şəkərbura və paxlava ilə bəzəyəcəyik. Novruz bayramınız mübarək!”, - deyə Vladanka Andreeva videomüraciətdə qeyd edib.