SİYASƏT


BMT-nin Bakı Forumunda nazirlərin dəyirmi masası təşkil olunub

Bakı, 26 iyun, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində iyunun 26-da "Xidmətlərin səmərəli çatdırılması, yenilikçi transformasiya və məsuliyyətli institutların gücləndirilməsi üçün milli və yerli fəaliyyətin təşviqi" mövzusu üzrə nazirlərin dəyirmi masası təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, üç gün davam edən tədbir fikir mübadiləsi baxımından çox səmərəlidir. O deyib: "Hazırda Azərbaycanda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə 17 min könüllü var. Onlardan 1500 nəfəri işlə təmin olunub. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün elektron “İdeya Bankı” da yaradılıb.

Dəyirmi masa zamanı dövlət xidmətlərinin göstərilməsi, effektiv təsisatlar, Davamlı İnkişaf Məqsədləri ilə bağlı çağırışlara və digər çətinliklərə münasibətdə ayrı-ayrı ölkələrin gördükləri tədbirlər, təcrübələr, həmçinin birgə görülməli olan digər fəaliyyət növləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.