DÜNYA


BMT-nin Baş katibi Beynəlxalq İnsan Qardaşlığı Günü münasibətilə bəşəriyyətə müraciət edib

BMT-nin Baş katibi Beynəlxalq İnsan Qardaşlığı Günü münasibətilə bəşəriyyətə müraciət edib

Bakı, 4 fevral, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş fevralın 4-də qeyd olunan Beynəlxalq İnsan Qardaşlığı Günü münasibətilə müxtəlif dinlərə və irqlərə mənsub olan insanları nifrət nitqi, məzhəbçilik və çəkişmələrin artması fonunda “sülh ittifaqı” yaratmaq üçün yeni öhdəliklərə çağırıb.

AZƏRTAC xəbər verir ki, Baş katibin müraciətində qeyd olunub: “Beynəlxalq İnsan Qardaşlığı Günündə bəşər ailəmizi birləşdirən dəyərləri - mərhəmət, dini anlaşma və qarşılıqlı hörməti xüsusi vurğulamaq istəyirəm. Təəssüflə qeyd etmək istəyirəm ki, bütün dünyada ayrı-seçkiliyin dərinləşməsi, insanlar arasında bərabərsizliyin genişlənməsi, ümidsizliyin, nifrət ritorikasının, məzhəbçilik və çəkişmələrin artması ilə bu dəyərlər məhv edilir".

BMT-nin Baş katibi Roma Papası Fransisk və Əl-Əzhər Böyük İmamı Şeyx Əhməd Əl-Tayibin 2019-cu il fevralın 4-də Əbu-Dabidə birgə imzaladıqları “Dünyada Sülh və Birgəyaşayış naminə Bəşəriyyətin Qardaşlığı” Bəyannaməsini dinlərarası harmoniya və insan həmrəyliyi üçün bir model adlandırıb. O vurğulayıb: "Gəlin hamımız ilham alaq və bir insan ailəsi kimi birlikdə olmaq öhdəliyimizi təzələyək. Müxtəliflik baxımından zəngin, ləyaqət və hüquqlar baxımından bərabər, həmrəylik şəraitində möhkəm sülh ittifaqı quraq."

Qeyd edək ki, 2020-ci il dekabrın 21-də BMT Baş Assambleyası Birləşmiş Ərəb Əmirlikləri və Misirin birgə təşəbbüsü ilə 4 fevral tarixini Beynəlxalq İnsan Qardaşlığı Günü elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.