DÜNYA
BMT-nin Baş katibi Şimali Koreyanın peyk daşıyıcı raket buraxmasını pisləyib

Bakı, 31 may, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləyib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir.
Qeyd olunur ki, BMT-nin Baş katibi bir daha Pxenyanı davamlı sülh, habelə Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu tez bir zamanda bərpa etməyə çağırıb.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 02.10.2023 [16:31]
Fransada 35 dərəcə istilər gözlənilir
- 02.10.2023 [15:47]
Avrozonada işsizlik səviyyəsi 6,4 faizə enib
- 02.10.2023 [15:17]
Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynada bir araya gəlib
- 02.10.2023 [15:01]
İngiltərədə həkimlərin miqyaslı tətili başlayıb
- 02.10.2023 [14:50]
Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa qoyulur
- 02.10.2023 [13:37]
Moldova hökuməti Aİ-yə üzvlük planını müzakirəyə çıxarıb
- 02.10.2023 [12:28]
Türkiyə Ukraynaya “Bayraktar Akıncı” PUA-ları tədarük edə bilər
- 02.10.2023 [11:30]