DÜNYA


BMT-nin Baş katibi Suriya Konstitusiya Komitəsinin yaradıldığını elan edib

Bakı, 23 sentyabr, AZƏRTAC 

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 23-də Suriya Konstitusiya Komitəsinin yaradıldığını elan edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi jurnalistlərə müsahibəsində deyib: “Suriya hökuməti və Danışıqlar üzrə Suriya Komitəsi arasında balanslaşdırılmış, etimada layiq və inklüziv Konstitusiya Komitəsinin yaradıldığını bəyan etmək məni çox sevindirir. Yaxın həftələrdə Komitənin Cenevrədə toplantısı keçiriləcək”.

A.Quterreş “bu razılaşmanın əldə edilməsi üzrə diplomatiya sahəsində göstərdikləri səylərə görə” Rusiya, İran və Türkiyəyə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.