DÜNYA


BMT-nin Baş katibi: XXI əsrdə “Apokalipsisin dörd atlısı” dünya üçün təhlükədir

Bakı, 23 yanvar, AZƏRTAC

XXI əsrdə “Apokalipsisin dörd atlısı” dünya üçün təhlükədir.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş rəhbərlik etdiyi qurumun Baş Assambleyasında deyib.

BMT rəsmisinin sözlərinə görə, əsas problem geosiyasi gərginlik, iqlim böhranı, qlobal inamsızlıq və texnoloji tərəqqidən sui-istifadə edilməsidir. O deyib: “Dünyamız dönüş nöqtəsinə yaxınlaşır. Dörd atlı görürəm. İlk atlı ən yüksək geosiyasi gərginlik məkanında görünür.

A.Quterreş vurğulayıb ki, dünyada yaşanan gərginlik səbəbindən, eləcə də terror aktlarında getdikcə daha çox insan ölür, bütün bəşəriyyət üçün nüvə təhlükəsi genişlənir və bu təhlükə artmaqda davam edir. İkinci Dünya müharibəsindən bu yana getdikcə daha çox insan doğma yerlərindən qaçmağa məcbur olur.

O bildirib ki, “Apokalipsisin ikinci atlısı” isə iqlim dəyişikliyidir. Bütün dünyada orta temperatur rekord qırmaqda davam edir və yaxın gələcəkdə milyonlarla canlı növü yox olmaq təhlükəsi ilə üzləşə bilər.

A.Quterreş “üçüncü atlı”nı dünyada insanların bir-birinə inamsızlığının artması kimi dəyərləndirib. Nəhayət, “Apokalipsisin dördüncü atlısı”nın şüursuz texnoloji tərəqqi və onun törətdiyi fəsadlar olduğunu bildirib.

Qeyd edək ki, İncildə bəhs edilən və qiyamətdən əvvəl (Armageddondan qabaq) meydana çıxacaqları söylənilən Apokalipsisin atlıları simvolik məna daşıyırlar. Dörd atlı hərəsi bir fəlakəti göstərir. Ağ atlı (əlində yay və tac) müqəddəsliyi, qırmızı atlı (qılınc) qan rəngini, müharibəni, qara atlı (tərəzi) qıtlıq, aclıq və yoxsulluğu, solğun atlı isə xəstəliyi və ölümü simvolizə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.